Reklam verin!
Yuma Ailə Jurnalı
səhrada susuz...

yaz 

Bu dünya nə zalim oldu

Bu röya nə dəhşət oldu!

Zülm edən sağ-salim oldu,

Mənə qalan firqət oldu!

Yenəmi tək qaldım, susdum,

Sabahı görə bilmirəm,

Öz-özümü kəsdim, asdım,

Nə etsəm gülə bilmirəm!

Nə etsəm gülə bilmirəm!

Yenəmi ulduzlar söndü?

Çarx ilişdi, ağlım döndü,

Elə bil qüssə bu gündü,

Elə bil xoşbəxtlik dündü.

Zaman durdu, səbrim getdi,

Hikkə basdı, viran etdi,

Sağsaydı nə mənfəətdi?

Yoxsaydı da hər şey bitdi!

Gəl arxasınca hayqırma,

Qəlbim, israr edib durma!

Nə "dayan" de, nə etiraz,

Nə son çaba, nə son nəfəs!

Gəlməyəcək onsuz da yaz,

Gülməyəcək, gəl tutma yas,

Bilməyəcək, etmə ayaz!

Bilməyəcək, etmə ayaz!

***


Açar sözlər:

Yazar: Ruzigarim | Tarix: May 14, 2008 1:33 | Romantika | Şərhlər(2) | Baxış sayı: 147

Şərhlər

1
RAUL yazıb:

COX GOZEL BEYENDIM TEWWEKUR EMEYE HORMET MENALI IDI

May 14, 2008 11:56
2
Ruzigarim yazıb:

Çox sağ olun, Raul smile

May 16, 2008 2:22

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha